Cəmi 4 ayda 40 jurnalist öldürülüb

Cəmi 4 ayda 40 jurnalist öldürülüb
Want create site? Find Free WordPress Themes and plugins.

İlin əvvəlindən bəri dünyanın 18 ölkəsində azı 40 jurnalist öldürülüb.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Press Emblem Campaign” (PEC) müstəqil təşkilatın hesabatında bildirilir.

Təşkilat həmçinin jurnalist fəaliyyəti üçün təhlükəli ölkələrin indeksini tərtib edib. Belə ki, qeyd olunan müddət ərzində ən çox jurnalist Əfqanıstanda həlak olub – 8 nəfər. Meksika və Yəməndə – hər birində 5, İraq və Türkiyədə isə – hər birində 3 jurnalist qətlə yetirilib. Suriya və Pakistanda hər birində 2, Rusiyada 1 media işçisi həlak olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Media
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs