A24 Xeber

Çempionlar Liqasında həftənin ən yaxşısı o seçildi- FOTO

Çempionlar Liqasında həftənin ən yaxşısı o seçildi- FOTO
636
09 Noyabr 2018 - 16:13

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

A24.Az UEFA-nın saytına istinadən xəbər verir ki, IV turun matçlarından sonra bu ada İngiltərə “Tottenhem”inin hücumçusu Harri Keyn layiq görülüb.

25 yaşlı forvard azarkeşlərin səsverməsinə əsasən Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), Kərim Benzema (“Real Madrid”, İspaniya) və Riyad Mahrezi (“Mançester Siti”, İngiltərə) geridə qoyub.

Qeyd edək ki, Harri Keyn Çempionlar Liqasının IV turunda evdə Hollandiyanın PSV komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00