Çempionlar Liqasında "Qarabağ"ın  ilk iki rəqibi müəyyənləşdi

Çempionlar Liqasında “Qarabağ”ın  ilk iki rəqibi müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

 İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

“A24.Az”ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” komandası I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək.

“Qarabağ” mərhələ adlasa, “Kukesi” (Albaniya) – “Valletta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. Oyunlar 24-25 iyunda və 31 iyul-1 avqustda keçiriləcək.

I təsnifat mərhələsində qarşılaşacaq cütlüklər:

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)

“Şkendiya” (Makedoniya) – TNS (Uels)

“Suduva” (Litva) – APOEL (Kipr)

“Olimpiya” (Lyublyana, Sloveniya) – “Qarabağ” (Azərbaycan)

“Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)

İlkin mərhələnin qalibi – “Malmö” (İsveç)HİK (Helsinki, Finlandiya) – “Vikinqur” (Farer adaları)”Ludoqorets” (Razqrad, Bolqarıstan) – “Kruzaders” (Şimali İrlandiya)”Kork Siti” (İrlandiya) – “Legiya” (Varşava, Polşa)”Valur” (Reykyavik, İslandiya) – “Rusenborq” (Norveç)”Kukesi” (Albaniya) – “Valletta” (Malta)”Flora” (Tallin, Estoniya) – “Hapoel” (Beer-Şeva, İsrail)”Spartak” (Yurmala, Latviya) – “Srvena Zvezda” (Serbiya)”Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya)”Spartak (Trnava, Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)”Astana” (Qazaxıstan) v “Sutyeska” (Monteneqro)

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar