Cənub zonasına 40 sm qar yağıb – hərəkət çətinləşib

Lerik rayonuna 35-40 santimetrə qədər qar yağıb.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə Lerik rayon İcra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, dekabrın 15-də yağan qar nəticəsində rayon ərazisindəki bəzi avtomobil yolları buz bağlayıb:

“Lerik-Lənkəran yolu istiqamətinə və rayonun bəzi ərazilərində qarın hündürlüyü 35-40 santimetrə çatıb. Bəzi yollar buz bağlayıb. Şaxtalı hava şəraiti yolların buzdan təmizlənməsinə mane olub. Hazırda bəzi yollarda buzlaşma hələ də qalır. Kəndlərlə yanaşı, şəhər ərazisindəki avtomobil yolları da buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Hava şəraiti ilə əlaqədar bəzi kəndlərin elektrik enerjisi təminatında da problem yaranmışdı. Amma bu problemlər aradan qaldırılıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR