Cərimələrlə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Cərimələrlə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı sürücülərə və piyadalara xəbərdalıq edir.

A24.Az Trend-ə istinadən xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, sürücülər törədilən xəta ilə bağlı təyin edilmiş cəriməni faizi ilə birgə müəyyən edilmiş müddətdə mütləq ödəməlidirlər:

“Bir daha sürücülərə müraciət edirik ki, əgər cərimələri varsa, ödəsinlər. Ödənilmirsə, həmin sürücülər qanunvericiliyə uyğun olaraq saxlanılacaq və avtomobilləri cərimə meydançasına aparılacaq. Eyni zamanda, sürücünün altı ay müddətində sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yol polisi tərəfindən vəsatət qaldırılacaq. Ötən gündən artıq reydlərə başlanılıb və cəriməni ödəməyən 100-dən artıq nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Yəni, qanunvericilik bizə imkan verir ki, bu addımı ataq”.

V.Əsədov həmçinin qeyd edib ki, piyadalar tərəfindən də cərimələrin ödənilməsinə nəzarət gücləndirilib və müəyyən təsirli tədbirlər həyata keçirilir:

“Yazılmış protokollar üzrə ünvanlara müraciətlər edilib, ərazi üzrə sahə rəisləri bu barədə məlumatlandırılıb. Eyni zamanda, protokol yazılmış şəxslərin təhsil aldığı və yaxud işlədiyi müəssisələr qarşısında cərimələrin tutulması ilə bağlı məsələ qaldırılıb”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar