Çin 5G-yə keçir: Hansı yeniliklər olacaq?

Çin 5G-yə keçir: Hansı yeniliklər olacaq?
Want create site? Find Free WordPress Themes and plugins.

Finlandiyanın “Nokia” şirkəti və Çinin “China Mobile” mobil rabitə operatoru arasında 1 milyard avro dəyərində saziş imzalanıb. Saziş çərçivəsində Finlandiya şirkəti Çin tərəfdaşına beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) keçid üçün texnologiyalar təqdim edəcək, eləcə də konsaltinq xidmətləri göstərəcək.

A24.Az “RBC” resursuna istinadən xəbər verir ki, “Nokia”, həmçinin stasionar və mobil radiorabitə vasitələri üçün infrastruktur, optik rabitə xətləri və IP marşrutlayıcıları üçün texnologiyalar təqdim edəcək, eləcə də müştərilərlə əlaqə sahəsində yenilikləri bölüşəcək.

Bundan başqa, şirkətlər yeni məhsul və xidmətlərin inkişafı üçün bazarı birgə tədqiq edərək əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

Bu ilin fevralında şirkətlər süni intellekt və Çində “5G” şəbəkələrinin inkişafı sahəsində birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalayıblar. Saziş imzalanandan sonra “Nokia” şirkətinin səhmlərinin dəyəri 1,3 faiz bahalaşıb.
A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar