Çin Aralıq Dənizini gizlincə "işğal" etdi - Amerikanı zəif yerindən vurdu

Çin Aralıq Dənizini gizlincə “işğal” etdi – Amerikanı zəif yerindən vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

İran və Çinin Hərbi Dəniz Qüvvələri bu gün birgə təlim keçirir.

Təlim Oman dənizində Hörmüz boğazında təşkil olunub. Birgə hərbi təlim Hörmüz boğazının şərqindən Hind okeanının şimalınadək olan ərazini əhatə edir.

Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər bir neçə gün öncə İranın Bəndər Abbas limanına gətirilib.

Təlimin keçirilməsində məqsəd iki ölkənin Hərbi Dəniz Qüvvələrinin təcrübələrini paylaşmaqdır.

Məsələyə münasibət bildirən Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Fuad Çıraqov bunun bölgədə Çin-ABŞ rəqabətini daha çox artıracağını bildirib:

“İran və Çin hərbi gəmiləri İran körfəzində bu gündən birlikdə hərbi təlimlərə başlayıb. Çox bariz nümunədir və proseslərin məntiqi nəticəsidir. Hələ 2015-ci ildə Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi zamanı bölgəyə Çin hərbi gəmiləri Tartusdakı rus hərbi bazasına gəlmişdi. Həmin ilin mayında Rusiya və Çin hərbi gəmiləri Aralıq dənizinin şərqində on günlük hərbi təlimlər həyata keçirmişdilər. Bu, Çin hərbi gəmilərinin Aralıq dənizi hövzəsində və Avropa sularına yaxın ərazilərdə ilk hərbi təlimi idi. Ümumiyyətlə, Çin hərbi gəmiləri Aralıq dənizində daimi əsasda 2011-ci ildən sonra Liviya hadisələri zamanı 38500 çinli işçini evakuasiya etmək üçün göndərilmişdi. 2014-cü ildə isə 2 Çin hərbi gəmisi Aralıq dənizinin şərqində manevrlərdə iştirak etmişdi. Hələ 2008-ci ildə isə Çinin “China Ocean Shipping Company” (COSCO) şirkəti Yunanıstanın Piraeus limanının bir terminalının işlədilməsi və ikincinin yenidən qurulması üçün 4.3 milyard ABŞ dolları məbləğində investisiya etmişdi. Çin özünün siyasi ənənəsi və sakitcə ekspansiya siyasətilə davranışlarının maksimum dərəcədə diqqətdən kənar qalmasına və qıcıq doğurmamasına çalışır. Beləcə, ABŞ-ın bölgədə mövqelərinin zəifləməsindən və Çinin sakitcə bölgəyə daxil olmağa başlamasından sonra bölgədə əvvəllər də dediyim kimi Çin-ABŞ rəqabətinin daha çox təzahürlərini görəcəyik”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət, Eksklüziv
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar