Çin hökuməti vətəndaşlarını ateist olmağa çağırdı

Çin hökuməti vətəndaşlarını ateist olmağa çağırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Çin Xalq Respublikasında iqtidaryönümlü partiya olan Çin Komunist Partiyası, üzvlərinə dindarlıq mövzusunda xəbərdarlıq edib.

A24.Az xəbər verir ki, partiyanın yaydığı mesajda bildirilib ki, üzvlərinin dini inancı olmamalıdır.

Xarici mediada yayılan xəbərlərə görə, dini inancı olan vəzifəlilərə bildirilib ki, əgər əqidələrindən dönməsələr cəzalandırılacaqlar.

Pekin rəhbərliyi dini inancın Çin Komunist Pariyasına üzv olanlar üçün “qırmızı xətt” olduğunu deyib  və üzvlərinin dəyərləri və inancı dində axtarmamalarını istəyib. Çinin din məsələləri üzrə qrumunun sədri Vanq Zuoan məqaləsidə deyib ki, partiya üzvləri ateist olmalı və qanunlara uymalıdır. Partiya üzvlərinin dində inanc və dəyər axtarmaqlarına icazə verilmir.

 A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar