Çin insanı yandıran lazer silah hazırladı - VİDEO

Çin insanı yandıran lazer silah hazırladı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Çində şüası insan dərisini və digər toxumalarını dərhal karbonlaşdıran lazer silahı hazırlandığı iddia edilir.

“A24.az” xəbər verir ki, bu barədə məlumat Hong Kongda yerləşən “South Chine Morning Post” qəzetində dərc edilib.

Xəbərə görə Çin Elmlər Akademiyasında bir qrup elm adamları lazer silahı icad ediblər. Adının açıqlanmasını istəməyən və layihə üzərində işləyən alimin dediklərinə görə silahın adı “ZKZM-500”-dür. Silah 800 metr uzaqlıqda yerləşən insanın dərisini və digər toxumalarını həmin andaca yandıra bilir.

İlkin mərhələdə lazer silahlar terrorla mübarizədə Çin polisinə veriləcək. Daha sonra silahın çoxsaylı istehsalı gerçəkləşəcək. 3 kq ağırlığında olan silah 15 millimetrlik namluya sahibdir və 100 min yuana (15 min dollar) satılacağı planlaşdırılır.

Texnologiya xəbərləri dərc edən “Tech Crunch” adlı internet saytında isə silahla bağlı ətraflı analiz yazısı yer alıb. Yazıda qeyd edilənlərə görə silahda istifadə olunan lityum-ion batareyalarının mobil telefonlarda istifadə olunan batareyalar olduğu, lazer silahının uzaq məsafədən parça və insan dərisinə təsir edə biləcəyi anda yox edəcəyi iddiasının fizika qanunlarına zidd olduğu bildirilir. Silahla bağlı yazılanların propaqanda məqsədi güddüyü deyilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Texnologiya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar