Habil Əliyev öldü, hər kəs KAMANÇAPƏRƏST oldu - KÖŞƏ

Habil Əliyev öldü, hər kəs KAMANÇAPƏRƏST oldu – KÖŞƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Qardaşım xanəndədir. Yəni ağlım kəsəndən evdə tar, kaman, muğam səsi əksik olmayıb. Möhlət Müslümovun, Habil Əliyevin, Ramiz Quliyevin ifalarını da dinləmişəm. Konsertlərinə də getmişəm sevə-sevə.

Habil Əliyevin səhhəti korlanıb xəstəxanaya aparılandan hamı KAMANÇAPƏRƏST oldu.  Hər kəsin ürəyində bir kamança sevdası, sənət məhəbbəti baş qaldırdı. Hər kəs düşündü: “Bundan sonra kamançanı kim ağladacaq?”

Siz necə əminsiniz ki, bu seçkilərdə də parlamentdə yuxulayan millət vəkilləri seçiləcək, mən də elə əminəm ki, Habil Əliyevə sosial şəbəkələrdə ağlayanlar AzTv-də onun solo konsertlərini görəndə kanalı dəyişənlərdir.  Kanalı dəyişmək qalsın bir kənara, dodağını büzüb:  “Yenə zarıyırlar” deyənlərdir bu kəslər.

Hər kəs bütün musiqi janrlarını sevmək məcburiyyətində deyil, təbii ki. Kamança səsini sevməyən, səsi gələndə qulaqlarını tutan biri, necə kamança ustasının ölümünə üzülə bilər ki?! Deyəsən, biz bir balaca publikaya oynayırıq axı.  Görürsən ki, okeanın o başında bir məşhur aktyor dünyasını dəyişib. Bir dəfə də olsun həmin aktyorun filmini seyr etməyən adamlar “elə üzülürlər, elə kövrəlirlər” ki, nətər. Şəklini facebookda profil fotosu edirlər. Həştəqlər yazırlar.

Kənardan baxanda elə də pis görünməyən bu proseslər, düşünürəm ki, reallıq hissimizi məhv edir. Bəs biz həyatdan gedişinə həqiqətən üzüldüyümüz insanlar üçün nə edəcəyik? Nə reaksiya verəcəyik?

Bəli, Habil Əliyev gözəl sənətkar idi, kamançada solo ifa edən ilk insan idi. Kamançasını danışdıran sənətkar idi. Şanslı insanlardan olub başqa həmkarlarından fərqli olaraq. Sağlığında arzuladığı qayğını, diqqəti görüdüyü üçün. (Ordenlər, mükafatlar, adına açılan məktəb və s.)

Mən bizdən sadəcə səmimiyyət istəyirəm.

“……” (boşluğu özünüz doldurun)  görünmək üçün 88 yaşlı sənətkarın ölümünə 18 yaşlı bir şəhidin ölümü kimi reaksiya verməyin. Təki, bütün əzizlərimiz belə, xatirələrdən heç zaman silinməyəcək bir ömür yaşasın…

Çinarə Rüstəmzadə…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar