A24 Xeber

Çində bir gündə koronavirusa 108 yoluxma qeydə alındı

Çində bir gündə koronavirusa 108 yoluxma qeydə alındı
1. 783 oxunma
13 Aprel 2020 - 12:27

Çində son 24 saat ərzində koronavirusa 108 yoluxma halı müşahidə edilib.

“RİA Novosti” Çinin Səhiyyə üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ölkədə virusa yoluxan iki nəfər ölüb, 88 nəfər isə sağalıb.

Virusa yoluxanların 98 nəfəri ölkəyə gələnlər, 10-u isə daxili yoluxanlardır.

Ümumilikdə Çinə xaricdən gələn, 1378 nəfər koronavirusa yoluxan xəstə qeydiyyatdadır. Onların 38-nin vəziyyəti ağır qiymətləndirilir.

ÇOX BAXILAN FOTOLAR