Çində “ruhlar şəhəri” - İnsandan başqa hər şey var - FOTOLAR

Çində “ruhlar şəhəri” – İnsandan başqa hər şey var – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Çində elə şəhərlər var ki, bir nəfər insan belə yaşamır. 

Oxuduqlarınıza inanmasanız belə, hər bir şəraiti, parları, bulvarları, yaşayış massivləri olan şəhərlər bom-boşdur.A24.az peşəkar fotoqraf Kay Kemmererin çəkdiyi fotoları təqdim edir. Boş qalan yüzə yaxın şəhərlə bağlı heç bir rəsmi açıqlama verilməsə də, əsasən üç ehtimal irəli sürülür.

 

Birincisi – Çində kənd əhalisinin şəhərlərə köçürülməsi planlaşdırılıb. Lakin sonradan nə isə düz getməyib. Məsələn, rəhbərlərdən kimsə düşünüb ki, kənd təsərrüfatı insan əməyi olmadan inkişaf edə bilməz.

 

İkincisi – Çin hökuməti indidən nüvə müharibəsinə hazırlaşır. əgər hansısa ölkə, nüvə silahından istifadə edərək, böyük şəhərləri vursa, onda insanlar kütləvi şəkildə boş evlərə köçürüləcək.

 

Üçüncüsü – Çində 2000-ci illərin əvvəllərində yaşanan iqtisadi artım insanların şəhər evlərinə marağını azaldıb. Buna görə də, hökumətin saldığı şəhərlər boş qalıb.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar