Çingiz Qənizadə: "Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın”

Çingiz Qənizadə: “Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın”
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhərinin Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar qrupu”nun yaradılması həm ictimai şəxslər, həm də cəmiyyət tərəfindən şiddətlə qarşılanıb.

A24.Az xəbər verir ki, Məsələylə bağlı “Qafqazinfo”ya münasibətini bildirən millət vəkili Çingiz Qənizadə də bağçada baş verənlərlə bağlı yazını oxuyub çox hiddətləndiyini bildirib.

Deputat belə bir halın baş verdiyi təqdirdə bağça müdirəsinin dərhal vəzifəsindən uzaqlaşdırılmalı olduğunu qeyd edib: “Mən valideynlərin şikayət məktubunu oxudum. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məsələnin araşdırılmasını tələb edirlər. Bir şeyi başa düşə bilmirəm ki, iki nəfərin şahidliyi ilə bir adama qarşı hansısa hüquqa zidd hərəkət edildikdə dərhal hüquqi mexanizmlər işə düşür, cinayət işi başlanılır. Amma iyirmiyədək valideynin şikayətinin yoxlanılması üçün müvafiq komissiyanın yaradılması niyə bu qədər ləngidilir? Bakı Şəhər İcra Hakimiyyəti rəhərliyini dərhal bu məsələni nəzarətə götürməyə çağırıram. Həqiqətən də bağçada kasıblar qrupu yardılıbsa və valideynlərin sosial durumuna görə rüşvət vermədiyi üçün uşaqlar ayrı-seçkilik halı ilə qarşılaşırsa, olduqca ciddi məsələdir.

Biz bu halın qarşısını bu gün almasaq, sabaq başqa bağçalarda da bu kimi hallar artmağa başlayacaq. Əvvəla 50-60 manat pulun istənilməsi, pul verməyən uşaqların ingilis dili və rəqs dərslərinə buraxılmaması yolverilməzdir. Hansı dövrdə yaşayırıq? Azərbaycan hüquqi dövlətdir. Hər bir rəhbər təlimatlara uyğun olaraq işini davam etdirməlidir. Bu məsələ mənə o qədər ağır təsir edib ki, hazırda açıqlama verən zaman belə əsəbimi cilovlaya bilmirəm. Körpələrə bu cür yanaşma ilə onların psixologiyasına təsir edirlər. Onlar psixoloji travma alır. Necə olur ki, Əhməd, Məmməd valideyni pul verdiyi üçün VİP, digərləri isə kasıblar qrupunda yerləşdirilir.

Mən Bakı Şəhər icra başçısı Hacıbala Abutalıbovdan tələb edirəm ki, bu işi hansısa idarə rəisinin yox, şəxsən özünün nəzarətinə götürsün. Bağçada baş verən bu hallar, yazılanlar həqiqətə uyğundursa, həmin bağça müdirəsi dərhal işdən kənarlaşdırılsın”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar