Çinlə Vatikan arasında tarixi müqavilə

Çinlə Vatikan arasında tarixi müqavilə
Want create site? Find Free WordPress Themes and plugins.

Vatikan və Çin arasında uzun zamandır problem təşkil edən yepiskopların təyin olunmasına dair kilid əhəmiyyətli müqavilə imzalanıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vatikan Mətbuat Ofisindən verilən açıqlama verilib.

Açıqlamada Vatikan ilə Çin arasında yepiskopların təyin olunmasına dair müvəqqəti müqavilə imzalandığı bildirilib. Müqavilənin Çinin paytaxtı Pekində Vatikan Dövlətlərarası Əlaqələr Nazirliyi Müşaviri Antuan Camilleri ilə Çin Xarici İşlər Nazirinin Müavini Wang Chao tərəfindən imzalandığı qeyd olunub.

Qarşılıqlı və mərhələli razılaşmanın nəticəsi olduğuna diqqət çəkilən açıqlamada, müqavilənin tətbiqi metodunun dövri olaraq nəzərdən keçirilməsi qeyd edilib. “Müqavilə, Kilsənin varlığı üçün son dərəcə əhəmiyyətli olan yepiskopların təyin olunması məsələsi ilə bağlıdır və ikitərəfli səviyyədə daha da böyük iş birliyi şərtləri yaradır. Müqavilənin institusional dialoq məsələsində səmərəli və irəliyə doğru bir prosesə yardımçı olması və Çin xalqının fayda və dünya sülhü adına Çindəki Katolik kilsələrin varlığına müsbət töhfə verməsi yönündədir”, – deyə açıqlamada bildirib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar