Çinli gəlin namizədini yerin dibinə “batırdı” – VİDEO

Dünyanın əksər ölkələrinin televiziyalarında yayımlanan evlilik proqramları bəzi hallarda bir-birindən kəskin fərqlənir.

A24.az xəbər verir ki, Çində bu proqram “Görəsən, o, sənmisən?” adı ilə yayımlanır. Çin cəmiyyətində 20  yaşlarında qızlara ailə tərəfindən evlilik təzyiqi edildiyinə görə, belə proqramların studiyaları dolub, daşır. Bu ölkənin qızlarının 70%-i arzulayır ki, gələcək həyat yoldaşları onlardan ən az 2 qat zəngin olsun.

Proqramda gəlinlər onlara gələn bəy namizədləri tez-tez alçaldır. Şalvarın rəngindən tutmuş sahib olduğu sosial statuslara kimi müzakirə mövzusuna çevrilir.

Buraxılışların birində gənc qız namizədinə “Səninlə birlikdə olmaqdansa, ömür boyu yalnız qalmağı seçərəm. Ruha bənzəyirsən, səhnədə əriştə kimi dayanırsan” deyib.

Ən maraqlısı isə gəlinlərdən birinin öz elçisinə söylədiyi “Səninlə velosipeddə gülməkdənsə, bir ömür BMW-də ağlamağı seçərəm” fikri olub.

c1
c2
c3

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR