"Cırıq şalvar, göbəyi açıq geyimlər, qızın qızla, kişinin kişi ilə evlənməsi..." - Azərbaycanlı aktyor

“Cırıq şalvar, göbəyi açıq geyimlər, qızın qızla, kişinin kişi ilə evlənməsi…” – Azərbaycanlı aktyor
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu gün Avropa ölkələri ilə əlaqələrimiz genişlənib. Buna hazır olmayan, kor-koranə təsir altına düşən xeyli gəncimiz var. Artıq tatu, cırıq şalvar, beli, göbəyi açıq geyimlər, qızın qızla, kişinin kişi ilə evlənməsi təbliğ olunur. Bu eybəcərliklərə qarşı vuruşmaq lazımdır”.

A24.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında aktyor, rejissor Şeyx Əbdül Mahmudov son günlər ölkədə baş verən məişət hadisələri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu gün Avropanın yox, ölkəmizin dəyərlərini təbliğ etmək lazımdır:

“Dünya əxlaqla, qanunla idarə olunmalıdır. Əxlaqsızlıq, vəhşilik baş alıb gedir. Axı bunlar kimə lazımdır? Bu nə xəstəlik, nə bəladır ki, kütləvi şəkildə yayılıb gedir?!

O ki qaldı texnoloji inkişafa, bu, ümumi dünyanın inkişafıdır. Həmişə “Avropa, Avropa” deyirik. Mən dünyanı bir neçə dəfə gəzmişəm, Avropada da olmuşam. Texniki inkişaf qədim şərq ölkələrindən gəlib. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminin axarını dəyişib. Bəyəm, Lütfi Zadə avropalı idi? Avropadan ölkəmizə narkomaniya, əxlaqsızlıq kimi vərdişlər gəlib. Azərbaycanda belə əxlaq var idi? Tarix boyu ölkəmizdə böyüyə hörmət, kiçiyə sayğı, namus, qeyrət olub.

Eşitdim ki, o gün bir qız atasını baltalayıb öldürüb. Bəyəm, bu, Azərbaycan xalqına yaraşan əxlaqdır? Belə zərərli vərdişlərin təbliğ olunması lazım deyil. Bizim bütün dünyaya nümunə olacaq milli-mənəvi dəyərlərimiz var. Bax, bunları təbliğ etmək lazımdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar