"Cocuq Mərcanlını necə aldıqsa, qalan torpaqları da elə qaytaracağıq" - İlham Əliyevdən ermənilərə gözdağı

“Cocuq Mərcanlını necə aldıqsa, qalan torpaqları da elə qaytaracağıq” –  İlham Əliyevdən ermənilərə gözdağı
Want create site? Find Free WordPress Themes and plugins.

“Gün gələcək, bayrağımız Şuşada da dalğalanacaq”.

A24.az-ın  məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarını işğalı böyük ədalətsizlikdir, beynəlxalq hüquq normaları pozulur: “Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, bu qətnamələri yerinə yetirsin. Problem bundan ibarətdir. Ancaq biz ölkəmizi gücləndirmişik. Bir daha da deyirəm, əgər müstəqilliyimizin ilk illərində  Heydər Əliyev ölkənin başında olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda bütün müdafiə tədbirləri görüldü və düşmən yerində oturduldu. Əfsuslar olsun ki, o vaxtı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə tədbirlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk və öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlı bunu əyani formada təsdiq edir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm

Müzakirə

A24.Az