Con Bolton: ABŞ Şimali Koreyanın nüvə proqramına son qoyacaq

Con Bolton: ABŞ Şimali Koreyanın nüvə proqramına son qoyacaq
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donal Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton CBS-də yayımlanan “Face the Nation” proqramında çıxış edib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Bolton Vaşinqton rəhbərliyinin Şimali Koreyanın nüvə silahları və balistik raket proqramını bir il içində ortadan qaldıra biləcək bir plana malik olduğunu bildirib.

O, sanksiyaların sürətlə aradan qaldırılmasını və Cənubi Koreya ilə Yaponiyadan yardımların gəlməsini istəyən Şimali Koreyalıların əməkdaşlıq etməsini gözlədiyini söyləyib.

Bolton həmçinin, Şimali Koreya rəhbərliyi ilə müzakirələr aparan qrupun möhkəm addımlarla irəlilədiyini qeyd edərək, “Şimali Koreyalıların keçmişdə nələr etdiyini hamımız dərk edirik”, – deyə əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar