Corc Buşa ayaqqabı atan jurnalist: "Dişlərimi söküb, dırnaqlarımı qopardılar..." - VİDEO

Corc Buşa ayaqqabı atan jurnalist: “Dişlərimi söküb, dırnaqlarımı qopardılar…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Muntazar əl-Zeydi İraqda motor texniki təhsili alarkən 2003-cü ildə İraq-Amerika müharibəsi başladı. Əl-Zehdi təhsilini yarımçıq qoyaraq jurnalistikaya başlayıb və 5 il ərzində xəbər müdiri vəzifəsinə qədər yüksəlib.

A24.az xəbər verir ki, o, ABŞ prezidenti Corc Buşa qarşı etiraz çıxışını 3 il öncədən düşünüb: “Bu əsla silahlı bir etiraz olmamalı idi. 3 il öncə evə gedən kimi ABŞ prezidentinə etiraz çıxışı edəcəyimi və bunu əsla hansısa bir terror qruplaşması ilə bağlı olmadan edəcəyimi etiraf edən video çəkdim. Birdən etiraz nümayişi zamanı ölərəm deyə, bu videonu evimdə saxladım. Bu etiraz çıxışının necə olacağını isə planlaşdırmamışdım”.

Gecə boyu sabahkı çıxışımı düşündüm. Səhər ayılanda xəbərlərdə gördüm ki, guya İraq camaatı Corc Buşu gül-çiçəklə qarşılayıb. Bu yalan idi. İraqlıların onu necə qarşıladığını göstərmək üçün salona getdim, səssizsə ayaqqabılarımı çıxartdım və dalbadal onları Corc Buşa atdım”.

Əl-Zehdi bildirib ki, bu işi görmək üçün iki səbəbi olub. Birincisi, əslində iraqlıların onu gül-çiçəklə qarşılamadığını göstəmək, ikincisi isə zülmə qarşı etiraz etmək.

“Tutulduqdan sonra İraq polisi tərəfindən 3 gün işgəncə gördüm, dişlərim söküldü, qulaqlarıma səs-küy gələnə qədər vuruldu, əl və ayaq dırnaqlarım qoparıldı”.

Əl-Zehdinin sözlərinə görə, 3 ay sonra sərbəst buraxıldıqda dünyanın əksər ölkələri ona siyasi sığınacaq vermək üçün müraciət edib lakin o, Livanı seçib.

Livanlı bir qadınla tanış olun evlənən keçmiş jurnalistin 3 yaşlı Anidiye adlı qızı var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Media
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs