Cübbəli Əhməd kosmik raketlə bağlı danışdı - "Kafirlərin hamısı cahildir" - VİDEO

Cübbəli Əhməd kosmik raketlə bağlı danışdı – “Kafirlərin hamısı cahildir” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kosmik raketin dünən havaya buraxılmasının ardından Cübbəli Əhməd bu haqda verdiyi açıqlama ilə yenidən  gündəmə gəlib.

A24.az xəbər verir ki, SpaceX firmasının dünyanın ən güclü raketi olaraq bilinən “Falcon Heavy” modeli dünən Keyp Kanaveral kosmik bazasından səmaya qalxıb. “Falcon Heavy”-nın ilk dəfə bir içində avtomobil daşıması da bu kosmik səfərə olan marağı artırıb.

“Falcon Heavy”-nin ilk uçuşu ilə daha böyük raketlər inkişaf etməsinin SpaceX-ə güc verəcəyini bildirən mütəxəssislər Elon Muskun insanları Marsa göndərmə xəyalının reallaşdırmasına da kömək ola biləcəyini bildirib.

Texnologiyada bu cür inkişaf baş verərdiyi halda Falcon Heavy raketinin atılmasının ardından Cübəli Əhməd bu barədə verdiyi açıqlama ilə yenidən gündəmə gəlib. Cübbəli kosmos araşdırmalarıyla əlaqədar etdiyi tənqiddə “Kafirlərin hamısı cahildi. Verin mənə 100 min dollar, hər şeyi deyim.” demişdi.

“Marsda su varmı? Ət varmı? Manyak manyak işlər … Mən sənə deyim, sən ora çıxmadan dünya dağılacaq.  Artıq xərcə dəyməz. Versinlər mənə 100 min dollar, hər şeyi deyərəm. Nə cahil adamdılar. Quranda var hədisdə var, baxmırlar ki axmaqlar… Cahildir cahil, kafirlərin hamısı cahildir.” – deyə Cübbəli Əhməd bilidirmişdi.

 

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar