Cüdo üzrə DÇ: Hidayət Heydərov yarımfinalda

Cüdo üzrə DÇ: Hidayət Heydərov yarımfinalda
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.

A24.Az 0xu.az-a istinadən xəbər verir ki, bu gün üç idmançımız mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində yarışan qadın idmançımız İçinxorlu Munxtsedev 1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalı Ameli Ştola ipponla uduzub.

 73 kq-da dünya çempionluğuna namizədlərimiz Rüstəm Orucovla Hidayət Heydərov da mübarizəyə qoşulub. Dünya reytinqində II pillədə yer alan Rüstəm əvvəlcə misirli Məhəmməd Mohyeldini, sonra BƏƏ-ni təmsil edən moldovalı Viktor Skvortsovu ipponla məğlub edib, lakin 1/8 finalda monqolustanlı Soqtbaatar Send-Oçirə qızıl xal hesabında məğlub olaraq mübarizəni dayandırıb.

Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar