Cüdo üzrə dünya çempionatında ilk medalçılar müəyyənləşdi

Cüdo üzrə dünya çempionatında ilk medalçılar müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ilk medalçılar müəyyənləşib.

“A24.Az” xəbər verir ki, ilk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində yaponiyalı Naohisa Takoya qızıl medal qazanaraq üçqat dünya çempionu olub. Rusiya idmançısı Robert Mşvidobadze gümüş, gürcüstanlı Amiran Papinaşvili və yaponiyalı Ryuku Naqayama bürünc medala sahib olub.

48 kq çəki dərəcəsində qadınların mübarizəsində isə 18 yaşlı ukraynalı cüdoçu Darya Beloded qızıl medal qazanıb. Gümüş medalı yaponiyalı Funa Tonaki, bürünc medalları isə argentinalı Paula Pareto və qazaxıstanlı Otqonseseq Qalbadrax əldə ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar