Dəhşətli qəzada polis əməkdaşının oğlu öldü - Yenicə toyu olmuşdu - VİDEO - YENİLƏNİB

Dəhşətli qəzada polis əməkdaşının oğlu öldü – Yenicə toyu olmuşdu – VİDEO – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

A24.az “Report”a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır.

***09:28

Bakı-Sumqayıt yolunda dəhşətli avtomobil qəzası baş verib.

A24.az xəbər verir ki, hadisə səhər saatlarında Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilir. O, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar