Dadaşova Şahbazyana dəstək verməsi barədə DANIŞDI

Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti Brilyant Dadaşova erməni qarmon ifaçısı Şahbazyana yazdığı rəy haqqında münasibət bildirib.

A24.az xəbər verir ki, ifaçı bu haqda İnstaqram səhifəsində yazıb:

“Əziz dostlarım, məni qara piar edən “psevdo vətənpərvərləri” qınamayın. Əlbəttə ki, onlar döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə və döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar. Çünki göndərsən, bunların heç biri o döyüş medanına yaxın getməzdi. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

Qeyd edək ki, B.Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarının altına ürək və “super” yazması səbəbindən sosial şəbəkə istifadəçilərinin kəskin tənqidə səbəb olmuşdu. Müğənni daha sonra tənqidlərə görə həmin rəyi silmişdi.

Elvin Paşazadə

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar