Dağ kəndlərinin balacalarına kitab aparan -  "Kitabsevərlər"

Dağ kəndlərinin balacalarına kitab aparan –  “Kitabsevərlər”
Want create site? Find Free WordPress Themes and plugins.
“Kitabsevərlər” qrupu 2016-cı ilik oktyabrında təsis olunsa da əslində həvəskar qrup olaraq uzun müddətdir ki, fəaliyyət göstərir. İlk olaraq 2009-cu ildə facebook sosial şəbəkəsində bir qrup olaraq yaradılıb. Əsas məqsəd də oxucuları bir araya gətirmək, maraqlı paylaşımlar etmək idi. Tədricən? üzvlər artıqca virtual müzakirələrin, paylaşımların real həyata daşınması qərara alındı. 2013-cü ildən başlayaraq qrup üzvləri mütəmadi görüşməyə başladı. Əvvəlcə adi tanışlıqlar şəklində görüşlər təşkil edildi. Bir müddət sonra isə qərara alındı ki, qrup həm də kitabların nəşriylə məşğul olsun. Kommersiya məqsədilə yox, kitab sahəsində canlanma yaratma və insanların kitaba marağının artması üçün. Və beləcə qrupun ilk kitabı “İz” meydana çıxdı. Bu kitab gənc yazarların hekayələr toplusu idi. İlk kitabdan sonra qrupun həvəskar tərcüməçilərinin birgə əməyinin nəticəsi olan Nikolas Sparksın “Gündəlik” romanı oxucularla görüşdü. Ardınca da sovet vaxtı nəşr olunmuş bəzi dəyərli əsərlərin yeni əlifbayla həyata geri dönməsi baş verdi. Həvəskar şairlər də unudulmadı. Onların şeirlərindən ibarət “Bir nəfəsə sığışmaq” adlı antologiya işıq üzü gördü.
Qrupun əsas məqsədlərindən biri də uşaq ədəbiyyatının təbliğatıdı. Gələcəyin sahibləri olan körpələrdə kitab sevgisinin qazandırılması cəmiyyət üçün çox faydalıdı. Bu məqsədlə də dünyaca məşhur uşaq ədəbiyyatından əsərlər qrupun kitablarının arasında yerini aldı. Kitabsevərlər qrupu bununla da kifayətlənməyib. Bir neçə orta məktəbdə şagirdlərlə əsərlərin müzakirəsini keçirib. Həm kitab oxumağa həvəsləndirmək, həm də özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək üçün yararlı olan bu müzakirələr tək paytaxt məktəblərində yox, əyalətlərdə də keçirilib.
Artıq neçə müddətdir ki, mütəmadi olaraq hər ay bir əsər seçilərək qrup üzvləri arasında müzakirə olunur. İyulun 11- də 15- ci kitabının təqdimatını təşkil edən qrup indiyədək bir neçə xeyriyyə məqsədli layihələrə də imza atıb ki, sonuncu baş tutan təqdimat da məhz “Kitab al, kitab qazandır” adlı, Qubanın dağ kəndlərində yaşayan uşaqara kitab və məktəb ləvazimatı göndərmək məqsədi daşıyırdı.
Realda görülən işlərdən başqa, “Kitabsevərlər” qrupuda 32000 user, eyni adlı “Kitabseverler” səhifəsində isə 37000 izləyici olmaqla hər gün maraqlı paylaşımlar edilir, virtual müzakirələr aparılır, insanların mütaliəyə həvəsini artırmaq üçün cürbəcür maraqlı yazılar paylaşılır, müsabiqələr təşkil edilir.
“Kitabsevərlər” qrupunun hazırladığı kitabları təqdim edirik.
Qrupun adminləri

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar