Dağıstanın sabiq rəhbərinin qardaşı TUTULDU

Dağıstanın sabiq rəhbərinin qardaşı TUTULDU
Want create site? Find Free WordPress Themes and plugins.

Rəcəb Abdulatipov rüşvət almağa görə həbs edilib

Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı Rəcəb Abdulatipov saxlanılıb.

A24.Az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Mahaçqalada baş idarəsinə gətirilən Rəcəb Abdulatipovun istintaqla bağlı Moskvaya aparılacağı gözlənilir. Faktı Dağıstan parlamentindən də təsdiqləyiblər.

Ramazan Abdulatipov

Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı, respublika Xalq Məclisinin millət vəkili Rəcəb Abdulatipov kriminal birlikdə iştirakına görə saxlanılıb. Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, tezliklə ona müvafiq qaydada ittiham təqdim ediləcək: “Respublika Tibbi Sosial Bürosu işçilərindən ibarət dəstə üzvləri rüşvət müqabilində vətəndaşlara əlillik dərəcəsi verirlərmiş”.

Rəcəb Abdulatipov 1997-ci ildən 2000-ci ilə qədər Dağıstan Miqrasiya Xidmətinin rəhbəri olub. 2002-2016-cı illərdə isə Rusiya DİN-in Dağıstan üzrə miqrasiya işləri üzrə İdarəsinin rəisi olub.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar