Dağlıq Qarabağda qarşıdurma: Erməni bölməsi atəş altında qaldı- yaralananlar var

Dağlıq Qarabağda qarşıdurma: Erməni bölməsi atəş altında qaldı – yaralananlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma olub.

“Report” xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Nəticədə zabit və əsgər yaralanıblar. İnsidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda mühəndis işlərinin yerinə yetirilməsindən əsgərin imtina etməsi olub.

İlkin məlumata görə Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağı məcbur edib.

Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq intihar etmək istəyib.

Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar