Dakar meydanı, Neapol dairəsi, Sarayevo küçəsi… - İstifadə edib mənasını bilmədiyimiz yerlər – SİYAHI

Dakar meydanı, Neapol dairəsi, Sarayevo küçəsi… – İstifadə edib mənasını bilmədiyimiz yerlər – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Yəqinki ayda bir dəfə də olsa yolunuz Neftçilər metrostansiyasının yaxınlığındakı Dakar meydanı və ya Dakar dairəsi tərəflərə düşür. Hətta bəlkə də meydanın adı da sizə qəribə gəlir. Bəs bu adın hardan gəldiyi ilə maraqlanmısınız?

Dairə Bakının qardaş şəhəri olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə belə adlandırılıb. İki şəhər 1967-ci ildə qardaşlaşıb. Elə o vaxtlar Bakının Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşən meydan Dakar dairəsi kimi yaddaşlarımıza həkk olunub.

Neapol dairəsi də qardaşlaşmanın simvoludur. Bakı və İtaliyanın Neapol şəhəri 1962-ci ildə qardaşlaşıb.

Bakı Bosniya və Hersoqovinanın Sarayevo şəhəriylə isə 1975-ci ildə qardaşlıq müqaviləsinə imza atıb. Qardaşlığın nişanəsi olaraq Xətai rayonunda küçələrdə biri Sarayevo adlandırılıb.

Türkiyənin Bakıya qardaş qədər bənzər şəhəri İzmir də sadaladığımız kateqoriyadandır. Qardaşlığın təməli 1991-ci ildə atılıb. Sübutu isə Bakının mərkəzindəki İzmir küçəsi və İzmir parkıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra paytaxt Bakı təkcə izmirlə deyil digər şəhərlərlə də eyni müqaviləni imzalayıb. Siyahıda Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul şəhərləri də var.

Bakının qardaş şəhərləri:

Honolulu, Havay adaları, ABŞ
Hyuston, Texas, ABŞ
Mayns, Almaniya
Sarayevo, Bosniya və Herseqovina
Yohanesburq, Cənubi Afrika Respublikası
Bordo, Fransa
Bəsrə, İraq
Amman, İordaniya
Təbriz, İran
Neapol, İtaliya
Kiyev, Ukrayna
Sankt-Peterburq, Rusiya
Dakar, Seneqal
Ciddə, Səudiyyə Ərəbistanı

Nərmin Kərim / A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar