Dalaşan şagirdləri ayıran xadimə öldü – YENİLƏNİB

Dalaşan şagirdləri ayıran xadimə öldü – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Məktəblilər arasında düşən davanı ayırmaq istəyən zaman xəsarət alan xadimənin əməliyyat masasında ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisə 18 gün əvvəl baş verib. Əməliyyat olunan xanım bundan sonra uzun müddət yaxşı olub, gəzib. Ölüm səbəbi tamam başqadır.

A24.az  xəbər verir ki, bu sözləri axar.az-a Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Vaqif Qocayev Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında düşən davanı ayırmaq istəyən zaman təpik zərbəsi alıb xəstəxanalıq olan və əməliyyat masasında öldüyü deyilən xadimə ilə bağlı danışarkən deyib.

Davanı ayırmaq istəyərkən xəsarət alan 45 yaşlı xadimə Sevda Nəzəriyevanı əməliyyat edən Vaqif Qocayev bildirib ki, xəstəxanaya gətirilərkən onun vəziyyəti ağır olub: “Ciyər və dalaq nahiyəsindən xəsərətlər almışdı, dalağı cırılmışdı. Oktyabr ayının 27-də əməliyyat olundu və dalağı götürüldü. Özünü yaxşı hiss edirdi. 18 gün xəstəxanada saxladıq. Qanı aşağı olduğu üçün müalicəsi davam edirdi. Xəstənin ölümünə səbəb tronbostaniya olub. Ölümü ürəyində yaranmış problemlə əlaqədar idi. Ürəkdə yaranmış problemə səbəb də ciyərin, dalağın zədələnməsi idi. Ancaq onun ölümünü bilavasitə aldığı xəsarətlərlə əlaqələndirmək olmaz. Bəli, o xəsarətləri almasaydı, ürəkdə problem yaranmazdı. Ancaq sırf ciyər və dalaqla əlaqəli ölüm olmayıb. Bizim apardığımız əməliyyatın da ürəyə aidiyyəti yoxdur. Biz qarında əməliyyat aparmışıq və dalağı götürmüşük”.

Həkim bildirib ki, xəstənin gecə vaxtı ürəyindən ağrıları olub: “Gecə ürəyindən ağrılar başlayıb. Kardioqrama ediblər. Tronbostaniya elə bir şeydir ki, onu müalicə etmək mümkün deyil, o tutdusa, öldürür. O tromb ürəyə gedib və ürəyin fəaliyyətini dayandırıb. Bu hal hər an ola bilər – evdə də, küçədə də, yolda da anidən ölən insanlar olur”.

Həkim bildirib ki, S.Nəzərəliyeva xəstəxanada olduğu müddət ərzində hadisə zamanı bilməyərəkdən ona zərbə endirən şagird və valideynləri də gəlib: “Dediklərinə görə, 10-11-ci sinif şagirdləri arasında düşən davanı ayırmaq istyən zaman xadiməyə təpik zərbəsi dəyib. Xanım xəstəxanada olduğu müddət ərzində uşağın valideynləri tez-tez gəlib-gedirdilər. Hüquq-mühafizə orqanı əməkdaşları da gəlib”.

Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. Şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

A24.az xəbər verir ki, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib.

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarət alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar