Damlanın gizli görüntüləri qalmaqal yaratdı: "Adını çəksəydin ikiqat reklam olardı" - VİDEO

Damlanın gizli görüntüləri qalmaqal yaratdı: “Adını çəksəydin ikiqat reklam olardı” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Təxminə bir həftə öncə müğənni Damlanın atasını itirməsi barədə məlumat vermişdik.

A24.Az xəbər verir ki, prodüseri Şamil bu yaxınlarda müğənninin gizli videosunu çəkərək, vəziyyətinin heç də yaxşı olmamasını dilə gətirdi.

Qısa müddətdə sosial mediada və xəbər saytlarında yayılan video böyük səs küyə səbəb oldu.

Xüsusilə də Damlanın həmkarları arasında. Müğənni Nura Suri videoya reaksiya verərək Damlanın bu görüntülərdən öncədən xəbərdar olduğunu bildirdi.

Damlanın prodüseri Şamil də deyilənlərə səssiz qalmayıb.

“Bu çətin günlər dostlarımızı tanımağa kömək etdi. Mənim səhifəmi izləyən hər kəs bilir ki, daima Damlanın yanındayam və onun gizli videolarını çəkirəm. Sonuncu video da həqiqətən Damlanın xəbəri olmadan çəkilmişdi. Bəzi “sənət dostlarımız” var ki bu boşluqdan istifadə edərək, gündəmə gəlmək istəyir və mən onu təbrik edirəm. Çünki bacardı. Bu gün səndən yazırlar amma Damlanın adını çəksəydin ikiqat reklam olardı. Amma boş reklam nəyə lazımdır bir halda ki, sənət, səs, hitlər yoxdursa. Damlanın videosunu çəkməkdə məqsədim, onun sevənlərinin dəstəyinə ehtiyacı olduğunu bildirmək idi. Çəkmişəm, əcəb etmişəm”.

Damlanın qalmaqala səbəb olan həmin görüntülərini sizə təqdim edirik:

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar