Davudoğlu hədiyyə qəbul etmir

Davudoğlu hədiyyə qəbul etmir
Want create site? Find Free WordPress Themes and plugins.

Baş nazir Əhməd Davudoğlu partiyasının ilk konqresinə qatılmaq üçün bu gün təyyarə ilə yola düşəcək.

“A24.az” saytı “timeturk.com”a istinadən verdiyi məlumata görə, havalimanında partiya nümayəndələri tərəfindən qarşılanacaq Davudoğlu oradan Halkapınar idman zalına gedəcək. İl konqresi üçün ciddi hazırlıq görən təşkilatın ən böyük sürprizi isə Davudoğlu üçün yazılan “Rock” müsiqisi olacaq. Opera müğənnisi Lütfi Tuna baş nazir Davudoğlu üçün yazdığı iki musiqini Anadolu filarmoniyasının orkestrının müşayəti ilə səsləndirəcək. Tuna “Bu köklü davanı yaşatmağa davam, tarixə salam olsun” türküsünü, “baş nazir Davudoğlu, millətin tək ümüdü” adlı “rock” müsiqisini də ilk dəfə orada səsləndirəcək.

AK partiyasının İzmir başçısı Bülent Delican bu gün konqresdə iştirak edəcək baş nazir Əhməd Davudoğlu üçün üzərində 99 dəfə “Bismillahirrahmanirrahim” yazısı olan bir lövhəni hədiyyə olaraq alıb. Ancaq nazirlik hədiyyə qəbul etmədiyini bildirib.

Baş nazir Davudoğlu, İstanbulda müalicə aldığı xəstəxanada dünən vəfat edən İsmailağa Cemaati lideri olaraq bilinən Mahmud Ustaosmanoğlunun qardaşı İsmail Ustaosmanoğlunun Fatih Yavuz Sultan camisindəki cənazə namazında da iştirak edib. Ustaosmanoğlunun cənazəsi dəfn edilmək üçün Ədirnəqapı Sakızağacı məzarlığına aparılıb.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar