Daxili işlər nazirinin küçədə telefonu oğurlandı

Daxili işlər nazirinin küçədə telefonu oğurlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.

“A24.az”ın məlumatına görə, S. Cavid bunu bu gün “The Sun” qəzetinə müsahibəsində bildirib.

Cavid hadisənin bir anda baş verdiyini qeyd edib: “Mən Londonda Yuston vağzalı yaxınlığında idim.  Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar”.

Daxili işlər naziri Böyük Britaniya şəhərlərində küçələrdə zorakılığın azaldılması üçün internetdə bıçaq satışına qadağa qoyulmasını, polislərin gənclərlə profilaktiki söhbətlər aparmasını, o cümlədən narkotik satıcıları ilə mübarizənin gücləndirilməsini zəruri sayıb.

Qeyd edək ki, S. Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar