DÇ-2018: Bu gün ¼ final mərhələsinə yekun vurulacaq

DÇ-2018: Bu gün ¼ final mərhələsinə yekun vurulacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Bununla növbəti yarımfinalçılar müəyyənləşəcək. Baş tutacaq iki qarşılaşma eyni zamanda yarımfinalda növbəti cütlüyə aydınlıq gətirəcək.

Mundialın sürpriz komandalarından olan İsveç İngiltərə sınağına çıxacaq. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər rəqibin sensasiya etməsinə imkan verməməyə çalışacaq. Skandinav komandasının məqsədi isə növbəti sensasiya ilə azarkeşlərini sevindirməkdir.

 1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətindədir. Güclü yarımmüdafiə xəttinə malik Xorvatiya isə ev sahiblərini də mübarizədən kənarlaşdırmaqda qərarlıdır.

Dünya çempionatı

1/4 final

7 iyul

18:00. İsveç – İngiltərə

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Samara. “Kosmos Arena”

22:00. Rusiya – Xorvatiya

Baş hakim: Sandro Rikki (Braziliya)

Soçi. “Fişt” stadionu

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar