DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazandı

DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.

Fransa millisi Peru ilə üz-üzə gəlib.

“Yekaterinburq Arena”da keçirilən qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.

DÇ-2018

21 iyun

II tur

C qrupu

19:00. Fransa – Peru 1:0

Qol: Kilian Mbappe, 34

Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)

Yekaterinburq, “Yekaterinburq Arena”

Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar