"Dəfələrlə Nigar Camala xəbərdarlıq edilib... Özünü xoşməramlı səfir kimi aparmır" - Vaqif Əsədov od püskürdü

“Dəfələrlə Nigar Camala xəbərdarlıq edilib… Özünü xoşməramlı səfir kimi aparmır” – Vaqif Əsədov od püskürdü
Want create site? Find Free WordPress Themes and plugins.
Müğənni Nigar Camalın facebook profilində Dövlət Yol Polisi ilə bağlı təhqiramiz statusu ilə bağlı bildirib ki, Nigar Camal daşıdığı ünvana uyğun olmayan bir davranış nümayiş etdirib:
“Çox təssüflər olsun ki,BMT-nin təhlükəsizliklə bağlı xoşməramlı səfiri olan Nigar Camal özünə xoşməramlı səfir kimi aparmaq yerinə,Azərbaycanın DYP-nə qarşı ittihamlar səsləndirir. Nigar Camal paylaşdığı statusda özünün başına gələn hadisə haqqında danışır. Amma ünvanı qeyd etmir. Adama deyərlər əgər doğurdan da belə bir şey varsa, o zaman ünvanı niyə yazmırsan. Digər bir tərəfdən mən iki gündə Nigar Camalın axtarıram. Hardan soruşduq, onu gördüm deyən tapılmadı”.
A24.Az veteinfoya istinadla bildirir ki, Vaqif Əsədov Nigar Camala bağlı maraqlı bir məsələyə də toxunub: “Nigar Camal ömründə bir kərə maşına oturub kəmər bağlayıb və onu da şəkil çəkib paylaşaraq özünü göstərib. Dəfələrlə Nigar Camala kəmər bağlamadığına görə xəbərdarlıq edilib. Digər bir tərəfdən bu xanım Londondan Azərbaycana ya əmək haqqı almağa gəlir, yada reklamlarda çəkilməyə. O, görəsən yaşadığı Londonda ingilis polisi haqqında belə bir status paylaşa bilərmi? Ən azından bu statusu yazmadan öncə Bakı Şəhər Dövlət Yol Polisində gəlib orda problemini bildirə bilərdi”.
Vaqif Əsədov sabiq deputat Xeyrəddin Qocanın qızından 100 manat rüşvət alan Yasamal rayon DYP-nin əməkdaşı ilə bağlı da danışıb və bildirib ki,hazırda bununla bağlı araşdırma gedir və həftə içərisində məsələyə aydınlıq gələcək.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar