Dəhşətli təyyarə qəzası itkilərə yol açdı - VİDEO

Dəhşətli təyyarə qəzası itkilərə yol açdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Misirdə baş verən təyyarə qəzasından bir həftədən də çox vaxt keçsə də faciənin fəsadları durmadan artır. 

a24.az” bildirir ki, 224 nəfərin həyatına son qoyan qəzanın səbəbləri hələ də dəqiqləşmədiyindən həm rəsmi qurumlarda yaranan şübhə, həm də ictimaiyyətdə yaranan təşviş nəqliyyat və turizm sektorunda ciddi itkilərə yol açıb.

Şarm əl-Şeyx hava limanında havaya qalxandan təxminən 22 dəqiqə sonra Sinay yarımadasında yerə çırpılan təyyarəni ruslar qədər, misirlilər də uzun müddət unuda bilməyəcəklər. Qəzada ölən Rusiyanın vətəndaşlarıdırsa, misirlilərin də ümidləridir. Bu ölkənin həm ləkələnən imici, həm də turistlər və turizm şirkətləri ilə yanaşı hava yolları şirkətlərinin də Misirdən uzaq qaçması bu ölkəyə ağır zərbə vurub.

Onu demək kifayətdir ki, Misirə səfər edən turistlərin sayına görə Rusiya birinci yerdə dururdu. Misirdəki hər beş turistdən azı biri rusiyalı idi. Artıq Rusiya prezidenti Vladimir Putin bu ölkəyə bütün mülki uçuşların dayandırılmasına, Misirdəki 10 minlərlə rus turistin geri qayıtmasına göstəriş verib.

İstirahət üçün Misiri seçən turistlərin sayına görə ikinci olan Böyük Britaniya da vətəndaşlarını Şimali Afrika ölkəsindən geri çəkib.

Misirin hava limanında turistlərin böyük köçü diqqətdən yayınmır.

https://youtu.be/lNNXo-kNrCI

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar