Dekabrda həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Dekabrda həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Biz ümid edirik ki, prezidentlərin görüşünün yeri və tarixi tez bir zamanda təsdiq olunacaq”.

“A24.az” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni zamanda hәmsәdrlәr vә xarici işlәr nazirlәri prezidentlәrin görüşü vә onun gündәliyinin tәşkili üzәrindә işlәmәkdә davam edirlәr.

Həmsədr ATƏT Xarici İşlər Nazirləri (XİN) Şurasının Belqradda keçiriləcək toplantısına qatılacaqlarını da bildirib: “Hər il hәmsәdrlәr ATӘT Nazirlәr Şurasının iclasına qatılırlar, bu il də belə olacaq. Biz münaqişə tәrәflәri, hәmçinin sülh prosesinin irәli getmәsində maraqlı olan digәr tәrәflәr də daxil olmaqla, bir neçә görüş keçirәcәyik”.

Qeyd edək ki, ATƏT XİN Şurasının növbəti toplantısı Serbiya paytaxtında dekabrın 3-4-də keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar