Dənizdə 14 mərmi tapılıb - FOTOLAR

Dənizdə 14 mərmi tapılıb – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıtda 14 top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) A24.Az-a verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.

14 ədəd top mərmisi (11 ədəd 85 mm-lik O-365 və 3 ədəd 100 mm-lik OF-415) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə (500 kv.m yeraltı və 1 500 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar