Dəniz kənarında villası olan məmurlar - FOTOLAR

Dəniz kənarında villası olan məmurlar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Yay  fəslinin gəlməyilə Azərbaycanda dəniz kənarında dincəlmək problemi bir daha gündəmə gətirilir. İllərdir  dənizkənarı çimərliklərdən sadə əhalinin rahat istifadə edə bilməsi üçün müxtəlif istiqamətlərdə mübarizə tədbirləri aparılır. Məlumdur ki, dənizkənarı əraziləri varlı insanlar hasarlayıb, imarətlər tikiblər. Nəzərə alsaq ki, Azərbaycanın təbii sərvətlərindən istifadə etmək hər bir Azərbaycan vətəndaşının borcudur.  Ayrı-seçkilik nəyə lazımdır?

Картинки по запросу dənizkənarı villalar

2008-ci ildə Azərbaycan Respublikasının verdiyi  sərəncama əsasən, dəniz sahilindən 20-50 metrə qədər məsafədə hasar çəkmək qadağan edilib. Dəfələrlə qanun qəbul edilməsinə baxmayaraq problem öz həllini tapa bilməyib. Hələ də, Mərdəkan, Şüvəlan, Türkan, Novxanı, Nabran, Bilgəh, Buzovnada dənizə yaxın ərazilər çimərliklə birlikdə iri dövlət məmurlarının mülkinə daxildir.

Prezident 2015-ci ildə qanuna bir daha dəyişiklik edərək, fərman imzaladı. 2000-ci il 29 avqust tarixli fərmanına dəyişikliklər edilərək, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirildi. Bu fərmanlar da nəticəsiz qaldı.

Картинки по запросу Dəniz hasarlanıb

Hər yay mövsümü çimərliklərin hasara alınması ilə bağlı problemlər qabardılır,  2-3 ay danışılır, amma heç bir nəticə vermir. Yenə villalar öz yerində qalır. Sakinlər Allahın bəxş etdiyi bu nemətdən istifadə edə bilmirlər.

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı təsdiq edildi. Tədbirlər Planında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yeni çimərliklər salınacağına dair müddəalar əksini tapdı. Ən əsas diqqətçəkən müddəa isə bundan ibarət idi: “Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərlik operatorlarının əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görməlidir”.

Картинки по запросу Dənizkənarı villalar

Azərbaycanda qüvvədə olan qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. Amma indiyədək satan satdı, alan aldı, özəlləşdirən də özəlləşdirdi. Villa, imarətlər də tikdilər. Ard-arda qəbul edilən qərarlara baxmayaraq, gözə dəyən sanballı söküntü işlərini görmürük.

İndi isə mediada gedən xəbərlərdən sitatlar gətirəcəyik. Beləliklə, dəniz kənarında villaları olan məmurların bir neçəsinin adlarını təqdim edirik.

Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov  Nərimanovdakı villasının inşası zamanı qumu Misirdən xüsusi təyyarələrlə gətirməsi xəbəri ilə bir vaxtlar gündəmi zəbt etmişdi.  Bundan əlavə məmurun  Bakının Pirallahı rayonunda Türkan qəsəbəsində villaları mövcuddur.

Картинки по запросу hasarlanmış dəniz

Azərbaycanın keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun Bakı yaxınlığında tikdirdiyi  dənizkənarı villaların sayı-hesabı yoxdur. Nazirin yay fəslində villalarda dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı bildirilir. Nazirin bu villanı ancaq katerlə və şəxsi yaxtası ilə dənizdə istirahət etmək üçün tikdirdiyi qeyd edilib.  Nazir-oliqarxın qonşuları da kasıb adamlar deyil. Məsələn, Ziya Məmmədov “Azəryol” servisin rəhbəri, deputat Cavid Qurbanovla qonşudur.

Sulutәpәdә neft şirkәtinin әrazisindә villalar tikdirən Milli Mәclisin spikeri Oqtay Әsәdovun Mәrdәkanda, Şüvәlanda, Bilgәhdә də imarətləri var.

Bu sadəcə bir neçə misal idi.  Görünən odur ki,  prezidentin  qanunlarına ciddi şəkildə əməl edən məmurlara ehtiyac getdikcə artır. Prezidentin də islahatları məhz bu ehtiyacları ödəməyə xidmət edəcək.

Vüsalə Əlövsətqızı, A24.Az   

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar