Dərini nəmləndirən ev maskası

Dərini nəmləndirən ev maskası
Want create site? Find Free WordPress Themes and plugins.

Əgər dəriniz çox qurudursa bu maska ilə dərinizin quruluğuna son qoya bilərsiniz.

Xüsusilə soyuq qış aylarında dəriniz daha da quru olur. Buna görə də dəri nəmli olmalıdır.

Türkiyənin Bitki Elmi və Gözəllik Mütəxəssisi Suna Dumankaya dərinizi daim nəm saxlayacaq bu maskanı məsləhət görür:

Ləvazimatlar:

3 kahı yarpağı
2 yemək qaşığı bal
2 yemək qaşığı zeytun yağı
3 damcı sevdiyiniz bir qoxu (zövqünüzə uyğun)

Tədbiq etmə:

Kahı yarpaqlarını əzin və ya blendirdən keçirin. Yağ ilə birlikdə bal və sevdiyiniz bir qoxunu əlavə edib təmiz dərinizə sürtün. Məhlul dəriniz hopduqca təkrar-təkrar sürtün və 30 dəqiqə gözlədikdən sonra yuyun. Bu məhlul artıq qalarsa şüşə qabda saxlayıb və 2 gün ərzində istifadə edin.

Dərinizin nəmli qalmasını təmin etmək üçün qışda yağlı, yazda isə sulu kremlərdən istifadə edin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar