Dərs vaxtı ölən məktəbli qız 4 xəstəlikdən əziyyət çəkirmiş - FOTO

Dərs vaxtı ölən məktəbli qız 4 xəstəlikdən əziyyət çəkirmiş – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Lənkəranda 7 yaşlı qızın ölümünün bəzi təfərrüatları məlum olub.

“A24.az” bildirir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər 7 saylı orta məktəbinin II sinif şagirdi Xədicə Ramin qızı Ağayevanın bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Məlumata görə, noyabrın 28-də dərsdə halı pisləşən qızın vəziyyəti barədə həmin tədris müəssisəsində çalışan anası Nərgiz Ağayevaya xəbər verilib. Uşağın atası Ramin Ağayev də məktəbə gedib və azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin müayinəsindən və ilkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra Xədicə Ağayevanın vəziyyəti yenidən pisləşib və orada keçinib.

Lənkəran MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, Xədicə Ağayeva 7 aylıq doğulub. Körpəlikdən epilepsiya, şəkər, ağciyər ödemi, ensefalopatiya kimi xəstəliklərdən əziyyət çəkib.

Azyaşlı bu gün torpağa tapşırılıb.

lenkeranda-vefat-etmish-birinci-sinif-shagirdi-xedice-agayeva-2

lenkeranda-vefat-etmish-birinci-sinif-shagirdi-xedice-agayeva-1

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar