Diaspor fəalı Elnur Eltürk təkliflə çıxış edib

Diaspor fəalı Elnur Eltürk təkliflə çıxış edib
Want create site? Find Free WordPress Themes and plugins.

2 yaşlı Zəhra Quliyevanın və 50 yaşlı Sahibə Quliyevanın Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində öldürülməsi dünyanın hər yerində yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Artıq xarici ölkələrdə Ermənistan səfirliyi önündə aksiyaların keçirilməsi planlaşdırılır.

Diaspor üzrə araşdırmaçı jurnalist, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk Avropada vahid aksiyanın keçirilməsi ilə bağlı təkliflə çıxış edib:

“Avropa ölkələrində aksiyalarla yanaşı,sonda Fransa və yaxud Belçikada vahid yürüş təşkil etmək olar. Minlərlə soydaşımızın iştirakı ilə izdihamlı yürüş böyük effekt verər. Ancaq yürüş bir mərkəzdən idarə olunmaqla, sistemli və vahid koordinasiya olunmuş şəkildə davam etməlidir ki, nəticə versin. Üstəlik, türk diasporunun bu prosesə cəlb olunması işi daha da asanlaşdıra bilər”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar