Dieqo Simone "Qarabağ"la oyunda aldıqları zərbəni unuda bilmir

Dieqo Simone “Qarabağ”la oyunda aldıqları zərbəni unuda bilmir
Want create site? Find Free WordPress Themes and plugins.

“Atletiko” klubunun baş məşqçisi Dieqo Simone “Qarabağ”la görüş zamanı bərabərlik, La Liqanın XI turunda isə “Deportivo” ilə matçda qələbə qoluna imza atan Tomas Parteyi təbrik edib.

A24.Az  xəbər verir ki, Simone təbrik çıxışı zamanı komandasının “Qarabağ”la keçirdiyi ev oyunundan sonrakı vəziyyətini dəyərlənidirib:

“Qarabağ”la dueldə aldığımız zərbədən sonra bugünkü oyunla fəxr edirəm. Ötən mövsümlə müqayisədə daha yaxşı oynayırıq və artıq 3 xal toplamışıq. Nəticələr istədiyimiz kimi olmasa da, komanda irəli atıldı və yaxşı çalışır. Bütün futbolçularımın oyunu xoşuma gəldi. Tomas isə işini çox yaxşı gördü. Biz həftə boyunca çalışırıq və hər şeyin yaxşısını etməyin məsuliyyətini daşıyırıq”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar