Dilçilik İnstitutunun direktoru dəm qazından vəfat edib

Dilçilik İnstitutunun direktoru dəm qazından vəfat edib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik , akademik Tofiq Hacıyevin ölümünün təfərrüatları məlum olub.

“A24.az” bildirir ki, Mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum akademik həyat yoldaşı Tamara Hacıyeva ilə birlikdə bu gün səhər saatlarında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən T.Hacıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T.Hacıyev ölən zaman əlində mobil telefon olub. Deyilənə görə, o, özü telefonla köməyə adam çağırmağa cəhd etsə də, mümkün olmayıb. Mənzilin qapısı bağlı olduğundan onları xilas etmək istəyən FHN işçiləri qapını sındırmaqla içəriyə daxil olublar.

T.Hacıyev institutun Elmi Şurasının iclasında iştirak etmək üçün hazırlaşırmış. Bu gün həm də T.Hacıyevin nəticəsi-yeganə oğlu, fizika üzrə fəlsəfə elmləri doktoru Azər Hacıyevin nəvəsinin 5 yaşı tamam olurdu. T.Hacıyev həyat yoldaşı ilə birlikdə bu gün həm də həmin məcslidə iştirak etməli imişlər. T.Hacıyevin bir oğlu isə bir neşə il əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədini və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriliblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar