Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə xəbər var

Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə xəbər var
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

“A24.az” xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub. Onlara ailələri barəsində xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar