DİM I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərə müraciət etdi

DİM I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərə müraciət etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) 27 iyul tarixində keçirilən qəbul imtahanında iştirak edən və I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən “Memarlıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, İyulun 27-də  ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən və xüsusi qabiliyyət tələb edən “Memarlıq” ixtisası üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər 28 və 29 iyul (saat 14:00-dək) tarixlərində Qabiliyyət İmtahanı Komissiyaları üzrə elektron qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər elektron qeydiyyatdan keçdikdən sonra “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib vərəqədə qeyd olunan tarixdə qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan abituriyentlər ixtisas seçimi zamanı I qrupa aid olan digər ixtisaslarla yanaşı “Memarlıq” ixtisasını da seçə bilərlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar