DİM vacib məsələyə münasibət bildirdi

DİM vacib məsələyə münasibət bildirdi
Want create site? Find Free WordPress Themes and plugins.

2017-2018-ci tədris ili üçün ali məktəblərin magistr pilləsi üçün az sayda jurnalistika ixtisasına yer ayrılıb. Plan yerinin az olması jurnalistika ixtisası üzrə təhsilini davam etdirmək istəyən bakalavrları narahat edir.

A24.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələyə aydınlıq gətirib:
“Magistr pilləsi üçün jurnalistika ixtisasına plan yerlərinin az olmasını DİM müəyyənləşdirmir. Son qərarı verən qurum Nazirlər Kabinetidir. Təbii ki universitetlər plan yerlərini müəyyən edir və sonra onu təhsil nazirliyinə göndərirlər. Təhsil Nazirliyində bu məsələlərə baxılır və sonra bu ixtisas üçün nə qədər plan yerinin lazım olub-olmadığı araşdırılır. Digər orqanlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabineti son qərarı verir. Daha sonra son qərar Nazirlər Kabineti tərəfindən DİM-ə göndərilir və biz də onu çap edirik”.
DİM sözçüsü deyir ki, ali məktəblərin təhsil haqqını da DİM müəyyənləşdirmir.
“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını Dövlət İmtahan Mərkəzi müəyyən edir. Bunu Nazirlər Kabineti müəyyən edir. Nazirlər Kabineti müəyyən edəndən sonra həmin yerləri Dövlət İmtahan Mərkəzinə göndərir və DİM də Magistr jurnalının 4 nömrəli buraxılışında çap edir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar