A24 Xeber

DİN: BNA-nın əməkdaşına müqavimət göstərən şəxs saxlanıldı

DİN: BNA-nın əməkdaşına müqavimət göstərən şəxs saxlanıldı
595
06 Dekabr 2018 - 19:05

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşına müqavimət göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə A24.Az-a bildirib ki, Nərimanov rayon Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, BNA-nın dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.

Agentliyin yaydığı rəsmi məlumatda bildirilib ki, hadisə ötən gün axşam saatlarında “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacağı məntəqəsinin ərazisində baş verib. Dövlət qeydiyyat nişanı 10 UP 565 olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağı məntəqəsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı, o, avtomobilində saxladığı kəsici-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00