DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verildi

DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

A24.Az xəbər verir ki,  dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.17-1-ci yarımbənd əlavə edilir:

“3.1.17-1. dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir;”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar