Dindarlar Roma Papasının fikirlərinə etiraz etdi: "Tanrıyla ədavət apara bilərik"

Dindarlar Roma Papasının fikirlərinə etiraz etdi: “Tanrıyla ədavət apara bilərik”
Want create site? Find Free WordPress Themes and plugins.

Papa Fransiskin keçən həftə səsləndirdiyi “Tanrı, insansız Tanrı ola bilməz!” şərhi din xadimləri və digər dindarlar arasında kəskin mübahisələrə səbəb olub.

“Tanrının atalığı – bizim ümidimizdir” mövzusunda çıxış edərkən, Papa Fransisk bir qrup ziyarətçi və digər dindarlara izah etməyə çalışmışdır ki, Müqəddəs kitaba əsasən, insanı tək qoymaq Tanrının təbiətinə ziddir.

“A24.az”ın məlumatına görə, Papa çıxışında “Əziz bacı və qardaşlar! Biz tənha ola bilmərik! Biz uzaq ola bilərik, Tanrıyla ədavət apara bilərik, hətta özümüzü “Tanrısız” elan edə bilərik. Lakin İsus Xristosun Evangelesi bizə Tanrının bizsiz qala bilmədiyini göstərir!”

“Tanrı, insansız heç vaxt Tanrı olmayacaq! O bizsiz qala bilməyəndir və bu çox böyük müəmmadır. Tanrı, insansız Tanrı ola bilməz! ”

Davamında o, bunun Tanrının insana olan atalıq sevgisi ilə əlaqəli baş verdiyini izah edib.

Əlbəttə, Papanın bu çıxışı bir mənalı qarşılanmamış, din xadimləri və dindarlar arasında müxtəlif etirazlara səbəb olmuşdur.

Din.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar